اورگیم قان دی فلک دن فلکی خار اولسون
گنیش عالمده گوروم هر لحظه اونو زار اولسون
منی هر لحظه بو دنیا ده پریشان ائلدی
بو خمار گوزلریمی گور نجه گریان ائلدی
آیریلیقلار ادونا سینه می یاندیر دی فلک
شاختادان اللریمی ظلمیله دوندور دی فلک
قویمادی ناله سسیم دن یوخو گلسین گوزومه
باخمادی او جانی یانمیش نه یالان نه دوزومه
چوخ شقاوتله بوتون وارلیقیمی آلدی فلک
نه یامان گونلره یورقون جانیمی سالدی فلک
.
.
ürəgim qandı fələkdən fələki xar olsun
geniş aləmdə görüm hər ləhzə onu zar olsun
məni hər ləhzə bu dünyadə pərişan elədi
bu xumar gözlərimi gör necə giryan elədi
ayrılıqlar oduna sinəmi yandırdı fələk
şaxtadan əllərimi zülmilə dondurdi fələk
qoymadı nalə səsimdən yuxu gəlsin gözümə
baxmadi o canı yanmış nə yaman nə yalan nə düzümə
çox şəqavətlə bütün varlıöımı aldı fələk
nə yaman günlərə yorqun canımı saldı fələk